Sərxoş halda boğazını kəsdi

  • By admin
  • 02 Mart 2017 22:35

bichaq

Tovuz rayon sakini boğazına kəsici alətlə xəsarət yetirib. Gununsesi.info APA-ya istinadən xəbər verir ki, rayon sakini 1978-ci il təvəllüdlü Samir Məmmədov sərxoş vəziyyətdə boğazını kəsici alətlə kəsib. O dərhal Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info