Sərxoş oldu, avtomobilini harada saxladığını unudub polisə zəng vurdu

  • Müəllif: admin
  • 19 Sentyabr 2017 13:20

polis_idaresi_201015-300x200

Avtomobilinin qaçırılması barədə məlumat vermiş Bakı şəhər sakini sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu bildirib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 17-də Bakı şəhər sakini Asif Abdullayev DİN-in “102” Zəng Mərkəzinə Bakıxanov qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb. İzahatında A.Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu və buna görə qaçırıldığını düşündüyünü bildirib.

Anar

Gununsesi.info