Sərxoş qohumlar bir-birini güllələdi - BAKININ MƏŞHUR RESTORANINDA İNSİDENT

  • Müəllif: admin
  • 04 Aprel 2019 09:45
Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib.
Gununsesi.org-un məlumatına görə, nəticədə, iki nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovvirtualaz.org-a faktı təsdiqləyib.
Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş – 44 yaşlı Vəli Nəbiyev  isə kəllə-beyin travması alıb.