Səudiyyə Ərəbistanı suriyalıları Həcc ziyarətinə buraxmır

  • By admin
  • 22 İyun 2018 16:10

Səudiyyə Ərəbistanı yeddinci ildir ki, Suriya vətəndaşlarını Həcc ziyarətinə buraxmır.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, bu barədə Suriya Vəqflər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Ər-Riyad suriyalı ziyarətçilər qarşısında reallaşdırılması mümkün olmayan şərtlər qoyur.

 Nazirlik Səudiyyə Ərəbistanını Həcc ziyarətini siyasiləşdirməkdə ittiham edir.

Qeyd edək ki, 2018-ci ilin Həcc ziyarəti avqustun 19-24-ü keçiriləcək.