Səudiyyə Ərəbistanı Yəməni bombaladı - 11 ÖLÜ

  • By admin
  • 20 Noyabr 2017 08:35

Gununsesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi havazərbəsi  nəticəsində Yəmənin Əl-Cauf əyalətində 11 nəfər ölüb.

Məlumata əsasən, koalisiya qüvvələrinə məxsus təyyarələr Əl-Məslub rayonunda yaşayış massivini bombalayıblar. Nəticədə 3 qadın və 8 uşaq həyatını itirib.

Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Gununsesi.info