Səudiyyə Ərəbistanında daha bir ilk - FOTOLAR

  • By admin
  • 13 Aprel 2018 15:00

Səudiyyə Ərəbistanında son dövrlərdə insanların həyat tərzinin dəyişməsi istiqamətində atılan addımlar dünya ictimaiyyəti tərəfindən  çox maraqla qarşılanır. Səudiyyə Ərəbistanında növbəti yenilik isə qadınlar arasında “Moda həftəsi”nin təşkilidir.

Gununsesi.info xəbər verir ki,  paytaxt  Ər-Riyadda ilk dəfə keçirilən Ərəb Moda Həftəsi dünəndən öz  işinə başlayıb. Moda həftəsində qadınlar iştirak etdiyindən  operatorlara çəkiliş aparmasına icazə verilmir.

Dörd gün davam edəcək “Moda həftəsin”nə dünyada çox məhşur tanınan Jean Paul Gaultier və Roberto Cavalli kimi modleyerlər də qatılıb. “Moda həftəsi” Ritz-Carlton Hoteldə  Səudiyyəli  şahzadə Noura bin Feysal əl Səudun dəstəyi ilə keçirilir. Açılış zamanı çıxış edən şahzadə Nour modanın Səudiyyə Ərəbistanında  yeni bir səviyəyə qaldırılmasının önəmindən danışıb.

Qeyd edək ki, indiyədək Ərəb Moda Həftəsi Dubayda təşkil olunurdu.

Onu da qeyd edək ki, iyun ayından etibarən səudiyyəli qadınlar avtomobil sürmək hüququ əldə edəcəklər. Bununla yanaşı, qadınların geydiyi uzun çarşabın da  tədricən aradan qaldırılması planlaşdırılır.

 

Gununsesi.info