Səudiyyə Ərəbistanında həbslərin ikinci dalğası başlayıb

  • By admin
  • 08 Noyabr 2017 16:36
Səudiyyə Ərəbistanında ikinci dalğa həbslər başlayıb.
Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, kral ailəsinə yaxın mənbələrin verdiyi məlumata əsasən korrupsiyaya qarşı mübarizə çərçivəsindən növbəti həbslər həyata keçirilib. Mənbənin verdiyi xəbər görə, siyasi dairələrə və iş dünyasına aid olan insanlar həbs edilib. 
Həbs edilənlərin 2011-ci ildə dünyasını dəyişən  vəliəhd Sultan bin Abduləziz ailəsi ilə bağlı olan insanlar olduğu bildirilir. Bu şəxslər Səudiyyə Ərəbistanında yüksək mövqe sahibləri olduğu bildirilir.
Qeyd edək ki, ötən şənbə günü 11 şahzadə, 4 nazir və sabiq nazir, holdinq rəhbərləri həbs olunub. Həbs olunanların Ər-Riyadda  bir oteldə saxlanıldığı bildirilir.
Mürtəza
Gununsesi.info