Səudiyyə Ərəbistanında nazir sərbəst buraxıldı

  • By admin
  • 28 Noyabr 2017 21:42


4 noyabrda keçirilən əməliyyatda saxlanılan 200 nəfərdən daha biri sərbəst buraxılıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Milli Mühafizə naziri, şahzadə Mitəb Bin Abdullah azadlığına qovuşub.

Bir neçə gün öncə şahzadələrdən bir neçəsi sahib olduqları sərvətin böyük bir hissəsindən imtina etdikdən sonra sərbəst buraxılmışdılar.

Xatırladaq ki, bu gün kral ailəsinə mənsub qadın şahzadələrdən də bir neçəsi saxlanılıb.

Həbslər vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmri ilə həyata keçirilir.

Gununsesi.info