
Səudiyyə Ərəbistanı artıq İsrailin dövlət qurmaq hüququnu tanıyıb.
Gunusnesi.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının varisi, şahzadə Mühəmməd İbn Salman The Atlantic jurnalına müsahibəsində deyib.
Mühəmməd İbn Salman ilk səudiyyəli yüksəkçinli məmurlarındandır ki, yəhudilərin İsrail ərazisində dövlət yaratmaq hüququnu tanıyıb.
Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlər olmasa da, son illərdə səhnə arxasında əlaqələrin normallaşması prosesi gedir. Səudiyyə ilə İsrail arasında münasibətlərin qurulmasına mane olan yeganə amil Fələstinlə İsrail arasındakı münaqişədir. Çünki Səudiyyə Fələstinin suverenliyini dəstəkləyir.
Səudiyyəli şahzadənin belə bir açıqlaması artıq israillilərin də bu torpaqlarda dövlət qurmasını tanıyıb. O deyib ki, hər bir xalqın dünyada yaşamaq hüququ var. “Hesab edirəm ki, fələstinlilər və israillilər özlərinin xüsusi torpaqlarının olması hüququna malikdir. Lakin bu zaman problem sülh yolu ilə həll olunmalıdır ki, sabitlik və normal münasibətlər qurula bilsin”- deyə, şahzadə Mühəmməd ibn Salman bildirib.
Gununsesi.info












