Şəxsiyyət vəsiqəsi almaq və ya dəyişmək istəyən 1698 nəfərin sənədləri icraya qəbul edilib

  • By admin
  • 19 Avqust 2016 16:08

vasiqa

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitən sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Gununsesi.info DİN mətbuat xidmətinə istinadən xəbər verir ki,  şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbirlər respublikanın Astara və Beyləqan rayonlarının ucqar kəndlərində keçirilib.

Səyyar xidmətlər zamanı şəxsiyyət vəsiqələri almaq və ya dəyişmək istəyən, ümumilikdə 1698 nəfər, o, cümlədən Astara rayonunda 1477, Beyləqan rayonunda isə 221 şəxsin müvafiq sənədləri icraya qəbul olunub.

Bu sahədə tədbirlər davam etdirilir.

Gülnaz Qənbərli

Gununsesi.info