Səyahət gəmisi batdı : 25 ÖLÜ, 28 İTKİN

  • By admin
  • 26 İyun 2017 10:49

etrytuy_3757657

Kolumbiyada turistlərin olduğu gəminin batması nəticəsində 25 nəfər həlak olub, 28 nəfər itkin düşüb.

Gununsesi.info xarici mətbuata istinadən bildirir ki, faciə paytaxt Medelyindən 32 km aralıdakı Quatepe şəhərinin yaxınlığında, Penyol su anbarında yaşanıb. “El Almirante” gəmisində 170 nəfər vardı.

Gəminin birinci və ikinci qatında olan turistləri xilas etmək mümkün olmayıb.

Yerli polisdən verilən məlumata görə, “El Almirante”də normadan artıq sərnişin vardı. Sərnişinlərdən kimsəyə xilasedici jilet verilməmişdi.

 

Gununsesi.info