Səyyad Əlizadənin xanımı da xəstəxanaya yerləşdirildi

  • By admin
  • 14 Sentyabr 2021 10:37

Tanınmış müğənni Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kult.az-a Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda müğənni süni tənəffüs aparatından 70% oksigen dəstəyi alır. Müğənnin arterial təzyiqi 129/81, nəbzi 72, şəkəri 173, saturasiyası 88-dir.

Qeyd edək ki, müğənni avqustun 13-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilmişdi.

Gununsesi.info-un məlumatına görə, ötən gün S.Əlizadənin həyat yoldaşı da xəstəxanaya aparılıb. Onun vəziyyəti yaxşıdır.

Gununsesi.info