“Səyyar qəbul otağı” Salmanlı kəndində təşkil olundu -Fotolar

  • By ilhame
  • 19 Dekabr 2023 19:09

SOCAR-ın “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası Sabirabad rayonunda keçirilib.

 

Gununsesi.info xəbər verir ki, Salmanlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda cəmi 2 abonent qaz təchizatında üzləşdiyi problemi ünvanlayıb.

Raiq Bayramovla Cəmil Sətiyev debitor borca görə dayandırılmış qaz təchizatının bərpa edilməsini və yaranmış borcun hissə-hissə ödənilməsində möhlət verilməsini istəyiblər. Salyan RQİİ-nin rəhbər şəxsləri ünvanlanan hər iki müraciətin qeydiyyatını aparıblar.

Gununsesi.info