“S-400”lər Çinə çatmadan geri qaytarıldı

  • By admin
  • 20 Yanvar 2018 19:37


Rusiyanın Çinə göndərdiyi “S-400” zenit-raket kompleksi yolda fırtınaya tutulub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, fırtına nəticəsində texnikaya zərər dəyib.

Texnikalar təmir edilməsi üçün təkrar Rusiyaya geri qaytarılıb. “S-400”lər təmirdən sonra yenidən yollanacaq.

Qeyd edək ki, Rusiyanın “S-400” sistemlərinin ilk müştərisi Çin olub. Ötən il isə Türkiyə həmin kompleksdən iki ədəd sifariş verib. Türkiyənin sifarişinin 2 il ərzində təhvil verilməsi nəzərdə tutulub.

Gununsesi.info