Saakaşvili Azərbaycanın qələbəsindən danışdı - CƏSARƏTLƏ VURUŞDULAR

  • By admin
  • 11 Noyabr 2020 23:38

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən danışdı.

Gununsesi.info həmin açıqlamanı təqdim edir:

“İki mif yaradılmışdı. Birincisi,- azərbaycanlılar vuruşa bilmir. Bunu onlar (ermənilər) yalnız Yerevanda deyil, hər yerdə isterik təkrar edirdilər. İkinci mif, – Rusiya heç kimi satmaz. Məlum oldu ki, azərbaycanlılar döyüşməyi yaxşı bacarır və yaxşı hazırlaşıblar. Misal üçün, Şuşanı onların dağ xüsusitəyinatlıları götürdü. Sadəcə bir neçə yerdən daxil olub, əlbəyaxa davası
açdılar. Bu artıq dronlarla deyil, real əllə vuruşmaqdır. Və azərbaycanlılar çox cəsarətlə vuruşdular.