
Ukraynada arzularını realaşdıra bilməyən Mixail Saakaşvili indi də Gürcüstanda hakimiyyətə gəlmək iddiasına düşüb. Bununla bağlı Mixail Saakaşvili öz tərəfdaşlarına müraciət edib.
Gununsesi.info “rustavi2”yə istinadən xəbər verir ki, Amsterdamda olan Saakaşvili tərəfdarlarına videomüraciət ünvanlayaraq seçkilərdə aktiv olmağa səsləyib.
Tərəfdarlarına müraciət edən Saakaşvili bəyan edib ki, ilk olaraq “Milli birlik hərəkatı” bu ilin payızında Gürcüstanda keçirilən prezident seçkilərinə hazırlaşmalıdırlar: “Biz artıq Gürcüstanda insanların necə də inamsızlığının şahidi olmaqdayıq. Ölkədəki bu ümidsizlik fonundan minlərlə insan ölkəni tərk edib və tərk etməyə hazırlaşırlar. Ona görə də 2018-ci ildə bzim məqsədimiz Gürcüstanda hakimiyyətə gəlmək olmalıdır. Biz prezident seçkilərini udmalıyıq”.
Gununsesi.info












