Saakaşvili hakimiyyəti devirməkdə ittiham olundu

  • Müəllif: admin
  • 05 Dekabr 2017 12:52

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb.

Gununsesi.info-nun məlumatına görə, bunu jurnalistlərə onun vəkili Pavel Boqomazov bildirib.

Qeyd edək ki, bu gün Kiyev polis Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Qısa müddət sonra hüquq-mühafizə orqanları Mixeil Saakaşvilini yaşadığı binanın damında saxlayıb.

Gununsesi.info