Mixeil Saakaşvili saxlanıldı - ONU YAŞADIĞI BİNANIN DAMINDA TUTUBLAR (VİDEO)

  • By admin
  • 05 Dekabr 2017 12:22

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə M. Saakaşvilinin “facebook” səhifəsində yayımlanan canlı yayımda göstərilib. Onu hüquq-mühafizə orqanları əməkdaşları yaşadığı binanın damında tutublar.

12:02

***

Gürcüstanın keçmiş prezidenti, Ukraynada Yeni Qüvvələrin Hərəkatı Partiyasının lideri Mixail Saakaşvili onun evini axtarışa gələn polislərə etiraz olaraq, yaşadığı binanın damına çıxıb və özünü atacağını bildirib.

Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, hazırda M. Saakaşvili binanın damındadır və hüquq-mühafizə orqanları əməkdaşları ilə danışıqlar aparır. Siyasətçi bildirir ki, ona toxunsalar, özünü atacaq. Hadisə yerinə xilasedicilər və həkimlər gəlib.

Onun tərəfdaşı David Sakvaralidze bu gün səhər bəyan edib ki, naməlum şəxslər Saakaşvilinin yaşadığı mənzildə axtarış aparmağa cəhd edirlər.

NewsOne” telekanalına müsahibəsində o, qapının Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən sındırıldığını ehtimal edib.

 

Gununsesi.info