Saakaşvili istefa verdi - "POROŞENKO RÜŞVƏTXOR KLANLARI DƏSTƏKLƏYİR"

  • By admin
  • 07 Noyabr 2016 14:32

sarkasvili

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili istefa verdiyini açıqlayıb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu haqda qərarını noyabrın 7-də bəyan edib.

“Mən istefa verərək, mübarizənin yeni mərhələsini aparmağa başlayıram” – deyə, o,  istefa ilə bağlı açıqlamasında vurğulayıb.

Saakaşvili keçirdiyi mətbuata açıqlamasında isə bildirib ki, o, öz vəzifəsini artıq yerinə yetirə bilmir, belə ki, Ukrayna prezidenti Poroşenko Odessada rüşvətxor klanları dəstəkləməkdə davam edir.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili 2015-ci il mayın 30-da Odessa vilayətinə qubernator təyin edilib.

Gununsesi.info