Saakaşvili ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edir

  • By admin
  • 06 Yanvar 2017 22:27

fdbe29e3-f49b-4fac-84a1-f588ebd64203_292

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisinin keçmiş meri Gigi Uqulavanın “qanunsuz həbs”dən azad olunmasını alqışlayıb və xalqla görüşmək üçün ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində yazıb.

“Mən şadam ki, o (Uqulava) Milad bayramını öz uşaqları və dostları ilə qeyd edəcək… biz ondan digər siyasi məhbusların dərhal azad olunmasını və mənə dərhal xalqla görüşmək və yanvarın 20-də “Vahid Milli Hərəkat”ın qurultayında iştirak etmək üçün Gürcüstana gəlmək hüququnun verilməsini tələb etməliyik”, – deyə M.Saakaşvili qeyd edib.

 

Gununsesi.info