Saakaşvilidən KRİTİK AÇIQLAMA: "Onlar üçün ciddi bir sürpriz hazırlayırıq"

  • By admin
  • 02 İyun 2021 07:51

“Payızda baş tutacaq referendumdan (yerli seçkilər nəzərdə tutulur) əvvəl, gürcü xalqına bir sürpriz hazırlayırıq”.

Gununsesi.info Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

O əlavə edib ki, planları barədə çoxlu suallar var:

“Mənim və ümumiyyətlə bizim planlarımız barədə çox sayda suallar var. Payızda, referendumdan öncə, İvanişvili və onun yoldaşlarına ciddi bir sürpriz hazırlayırıq. Bunu tam ciddiliyimlə deyirəm. Gürcü xalqına da yaxşı bir sürpriz hazırlayırıq. Buna milyonlarla insan sevinəcək, 100, 200-500 insan isə kədərlənəcək. Kədərlənənlərin hər biri soyuq su içsin”

Gürcüstanda payızda baş tutacaq seçkilərdən əvvəl Saakaşvilinin Tbilisiyə qayıdacağı gözlənilir. Bunu Saakaşvilinin özü açıqlayıb.

Gununsesi.info