“Saakaşvilini heç vaxt əfv etməyəcəm”

  • By admin
  • 02 Oktyabr 2021 00:26

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, eks-prezident Mixail Saakaşvilini əfv etməyəcək.

Gununsesi. info gürcü mediasına istinadən xəbər verir ki, bu barədə o, birifinq zamanı deyib:

“Hamı qanun qarşısında bərabərdir. Çoxları soruşur, prezident Saakaşvilini bağışlayacaqmı? Cavab yeganə, sadə və qətidir – yox, heç vaxt”.

Zurabişvilinin sözlərinə görə, Saakaşvili Gürcüstana sabitliyi pozmaq üçün gəlib. Gürcüstan Prezidenti Saakaşvilini “onun rejimindən əziyyət çəkən insanlara qarşı dürüst olmaq” üçün bağışlamayacağını da sözlərinə əlavə edib.

Gununsesi. info