Saatlıda Araz çayında bir nəfər batıb.
Gununsesi.info xəbər verir ki, apa-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Saatlı rayonunda Araz çayında bir nəfər şəxsin boğulduğu barədə məlumat daxil olub. Hələlik hüquq-mühafizə orqanlarından batan şəxsin kimliyi haqqında tam məlumat yoxdur. Şahidlərin verdiyi məlumata görə, çayda batan şəxsin adı Xaliddir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc heyəti hadisə yerində batan şəxsin axtarışını həyata keçirirlər.
Gununsesi.info