Saatlıda “VAZ 2106” ilə “Mercedes” toqquşub

  • Müəllif: admin
  • 28 İyun 2017 15:31

avtoqeza

Saatlıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.info xəbər verir ki, Saatlı rayonunun Dəllər kəndi ərazisində “VAZ 2106” markalı avtomobillə “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və bir sərnişin xəsarət alıb. Onlar Saatlı rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alan sərnişinin vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı Saatlı polis şöbəsində araşdırma aparılır.

Gununsesi.info