
Saatlı rayonunun Azadkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 18-də saat 20 radələrində Saatlı rayonunun Azadkənd kəndi ərazisində kənd sakinləri Şakir Cabbarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Salman Qasımovun idarə etdiyi “Belarus-80” markalı traktor toqquşub. Nəticədə Ş.Cabbarov hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info












