Saatlıda yol qəzası - MAŞIN 6 YAŞLI UŞAĞI VURUB ÖLDÜRÜB

  • Müəllif: admin
  • 22 Dekabr 2017 22:55

Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Dədə Qorqud kəndində qeydə alınıb.

Naməlum avtomobil kənd sakini, 2011-cı il təvəllüdlü Elnur Rəfail oğlu Qədirovu vuraraq öldürüb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info