Sabah 21 dərəcə isti olacaq

  • Müəllif: Firuzə
  • 12 Noyabr 2025 12:24

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata əsasən, Havanın temperaturu gecə 9-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

 

Gununsesi.info