Biləsuvarda əmək yarmarkası keçiriləcək

  • By Günel
  • 15 Aprel 2025 20:03

Aprelin 16-da Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, yarmarka Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutacaq.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Gununsesi.info