Sabah hava mülayim keçəcək – PROQNOZ

  • By admin
  • 25 Oktyabr 2017 10:48

duman

“Oktyabrın 26-da ölkə ərazisində havanın temperaturu 2-4 dərəcəyədək yüksələcək”.

Gununsesi.info xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah havanın temperaturu Bakı və Abşeron yarımadasında 20-24, bölgələrdə 21-26, dağlıq ərazilərdə isə 12-18 dərəcə isti təşkil edəcək: “Sabah gün ərzində Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq”.

G.Məmmədova qeyd edib ki, oktyabrın 26-sı axşam və 27-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.

Gununsesi.info