Sabah hökumət Milli Məclisdə hesabat verəcək

  • By admin
  • 15 Mart 2018 16:50
Sabah, martın 16-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. 
Gununsesi.info xəbər verir ki, Nazirlər Kabinetinin 2017-cı ilin fəaliyyəti haqqında hesabat dinləniləcək.
Hesabatını baş nazir Artur Rasi-zadə tqdim edəcək. Artıq hökumətin hesabatı  kitab şəklində çap olunaraq deputatlara paylanılıb.
Hökumətin hesabatında qeyd olunub ki, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib, bütün sahələrində əldə edilmiş nəticələr ölkənin ümumi inkişafına böyük töhfə verib.
Hesabatda qeyd olunur ki, 2017-ci il Azərbaycan dövlətinin tarixində bir sıra müham hadisələri ilə yadda qalıb. Bunlar “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması, Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilməsi, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının növbəti toplantısının Azərbaycanda keçirilməsi və “Şimal-Cənib” Beynəlxalq Nəqliyyta Dəhlizi layihəsinin reallaşdırılamsı istiqamətində görülən işlərdir.
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb.
2017-ci ildə Ümumi daxili məhsulda artım qeydə alınıb.
2017-ci ildə valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. 2017-ci ildə Azərbaycanın  ixrac 19 faiz artıb. Ticarət balansının müsbət saldosu isə 6,2 milyard dollar səviyyəsindədir. 
2017-ci ildə 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimi iş yeridir.  2017-ci ildə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində olub.
2017-ci ildə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. İki Olimpiya İdman Kompleksi istifadəyə verilib.
Ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabər olub. Bu isə 400 mindən çox insanı əhatə edir. Orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir.
2017-ci ildə 2300 məcburi köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir.
Mürtəza
Gununsesi.info