Sabah Rusiya hökuməti istefa verəcək

  • By admin
  • 06 May 2018 17:13

Bazar ertəsi Dmitri Medvedevin rəhbərliyi ilə Rusiya hökuməti istefa verəcək.

Növbəti gün isə Nazirlər Kabinetinə yeni baş nazirin təyin ediləcəyi gözlənilir.

Gununsesi.info İnterfaks-a istinadla xəbər verir ki, mayın 7-də Vladimir Putin inauqurasiyadan sonra baş nazir postuna namizədin adını açıqlayacaq.

Mayın 8-də isə onun təyinatı Dövlət Dumasında müzakirə ediləcək.

İnauqurasiyadan sonra Putin baş nazirin adının açıqlanacağı fərman imzalayacaq. İstefa baş nazir, onun müavinləri və federal nazirləri əhatə edəcək.

Gununsesi.info