Sabah Şuşa Bəyannaməsi TBMM-də müzakirə ediləcək

  • By admin
  • 02 Fevral 2022 09:55

Sabah Türkiyə Böyük Millət Məclisinin (TBMM) komissiyasının iclasında Şuşa Bəyannaməsi müzakirə olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bəyannamə parlamentin Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılacaq.

Bundan sonra TBMM-nin plenar iclasında müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, ötən gün Azərbaycan Milli Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib.

Gununsesi.info