Sabahın hava PROQNOZU – 40 dərəcə İSTİ

  • By admin
  • 22 İyul 2017 18:46

havayazgunes_333_733
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq.
Axşam dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°,
Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.
İyulun 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5° aşağı enəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
İyulun 23-ü gündüzdən 25-dək bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4° aşağı enəcək.

Gununsesi.info