“Şaban” susması üçün həyat yoldaşına pul verirdi - GÜL SUNALIN XATİRƏLƏRİ

  • By admin
  • 13 Noyabr 2017 15:44

“Şaban” ləqəbi ilə tanına aktyor Kamal Sunalın həyat yoldaşı Gül Sunal onunla bağlı xatirələrini bölüşüb. 

Gununsesi.info axşam.az-a isitnadən xəbər verir ki, Gül Sunal vaxtilə mərhum ərinin susması üçün ona pul verdiyini deyib:

“Danışmaq qədər gözəl şey yoxdur. Ancaq mənim susmağım üçün Kamal pul təklif edirdi. O pulu heç vaxt ala bilmədim. 10 dəqiqə susmağım üçün pul verirdi. Mən isə 5 dəqiqədən artıq dözə bilmirdim. İndi bol-bol danışa bilirəm. Kamal evdə də çox gülməli adam idi. Hər zaman mənimlə zarafatlaşırdı. Məni əyləndirirdi. Biz hələ də komik ailəyik. Ən çox bir-birimizə gülürük”.

Qeyd edək ki, Kamalla Gül Sunalın Ali və Ezo adlı iki uşağı var.

Gununsesi.info