Sabiq baş prokuror və ədliyyə naziri həbs edildi - FOTO

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 11:48

hebs_932

Sabiq baş prokuror, keçmiş ədliyyə naziri, hazırda parlamentin deputatı olan Aida Salyanova 5 il azadlıqdan məhrum edildi.

Gununsesi.info 24.kg-yə istinadən xəbər verir ki, Bişkek məhkəməsinin qərarı ilə Qırğızıstan parlamentinin müxalifətçi deputatı, sabiq baş prokuror və leçmiş ədliyyə naziri Aida Salyanova barəsində 5 il azadlıqdan məhrum etmək barədə qərar çıxarıb.

Deputat Aida Salyanova 2010-cu ildə ədliyyə naziri olduğu zaman Aleksey Yeliseyevin qanunsuz olaraq  vəkillik fəaliyyətini bərpa etməkdə ittiham olunub.

Deputat həbsini siyasi xarakterli olduğunu bəyan edib.

A.Salyanova Qırğızıstan prezidenti Almazbek Atambayevin yürütdüyü siyasətə müxalif mövqedə dayananlardan biri olub.

salyann

Gununsesi.info