Sabiq deputatdan Cavid Hüseynova çağırış - QAZANCININ YARISINI RASİM ƏLİYEVİN AİLƏSİNƏ VER!

  • By admin
  • 13 Oktyabr 2016 11:30

cavid- hus

Futbolçu Cavid Hüseynovun RATİ əməkdaşı, jurnalist Rasim Əliyevin ölüm faktına görə 4 il azadlıqdan məhrum edilməsinə baxmayaraq, vaxtından əvvəl azadlığa buraxılması sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib. Gununsesi.info-nun xəbərinə görə, həm mərhum jurnalistin ailəsi, həm də ictimaiyyət nümayəndələri bu faktı pisləyib.

nazim

Sabiq YAP-çı millət vəkili Nazim Bəydəmirli isə Cavid Hüseynova maraqlı təklif verib. Gununsesi.info-ya açıqlamasında sabiq millət vəkili Cavid Hüseynovun öldürülən jurnalistin ailəsinə müavinət ödəməsini təklif edib: “Hər ay, özü də işlədiyi dövrdə – qazancından 50 faiz Rasim Əliyevin ailəsinə versin.  Ancaq o zaman qismən ədalət bərpa olunmuş olar. Məhkəmə ona bəraət verməyib, cəzanın çəkilməmiş hissəsindən azad edib. Bu o deməkdir ki, qarşı tərəf mülki iddia qaldıra bilər və müavinət tələb etməlidir. Bu həm qanunidir həm də müsəlmançılığa uyğundur. Əgər günahkar deyilsə, gərək, məhkəmə ona bəraət verərdi, verməyibsə deməli, cəzadan azad etmə sifarişlə olub. Bu halda isə zərərçəkən adam (valideynlər) müavinət tələb etməlidirlər. Bunu qanun deyir mən yox”.

Nigar Cəfərli