Sabiq futbolçu karyerasını bərpa edib

  • By ilhame
  • 26 Mart 2024 19:23

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov karyerasını bərpa edib.

 

Gununsesi.info xəbər verir ki, 39 yaşlı oyunçu “Cəbrayıl”a transfer olunub. Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Ruslan karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” klublarında çıxış edib.

Gununsesi.info