Sabiq icra başçısının qızları Ukraynada döyüşür: hər kəs onlardan danışır - FOTO

  • By admin
  • 14 Aprel 2022 11:37

Ukraynada döyüşən azərbaycanlılar аrasında qadınlar da var. 

Gununsesi.info Gundem.az-a istinadən bildirir ki, bunlar Leyla və Dərya bacılarıdır.

Kiyevdə yaşayan Dərya və Leyla bacıları müaharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıblar. Tibb təhsili almış bacılar döyüşçülərə və mülki şəxslərə ilkin tibbi yardımla bağlı məsləhətlər də verilər.

Qeyd edək ki, Leyla Muxtarova və Dərya Hüseynova Nizami rayonu icra hakimiyyətinin başçısı olmuş Xəqani Hüseynovun qızlarıdır.

Xəqani Hüseynov 90-cı illərin ortalarında Ukraynaya köçmüşdü. O, 2015-ci ildə infarktdan dünyasını dəyişib.

Xəqani Hüseynov Ukrayna prezidenti Viktor Yuşşenkonun müşaviri işləyib.

Gununsesi.info