Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

  • By ilhame
  • 27 Mart 2024 21:37

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib.

 

Gununsesi.info xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

 

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

Gununsesi.info