Sabiq nazir müavininin meyiti tapıldı

Rusiyanın sabiq ədliyyə nazirinin müavini Sergey Tropinin cəsədi Moskvanın mərkəzindəki mənzildə tapılıb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tropinin ölümünün cinayət xarakteri daşımadığını bildiriblər.

Gununsesi.info