Sabiq nazirin oğlu Administrasiyadakı işindən kənarlaşdırıldı – Şöbə müdiri idi

  • By admin
  • 15 İyun 2020 12:29

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin daha bir əməkdaşı işdən çıxarılıb.

Gununsesi.orgxəbər verir ki, unikal.org-un əldə etdiyi məlimata görə, şöbənin sektor müdiri Rüfət Əliyev tutduğu vəzifədən azad edilib.
R. Əliyev sabiq Tikinti və sənaye naziri Ənvər Əliyevin oğludur.

Qeyd edək ki, bu şöbənin daha 5 əməkdaşı işdən çıxarılmışdı.

Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdi.

Gununsesi.org