Sabiq nazirin qohumuna hökm oxundu -HƏBS OLUNDU

  • By admin
  • 21 Fevral 2018 14:10

İqtisadi İnkişaf Nazirliyinin Bakı şəhəri kiçik özəlləşdirmənin təşkili şöbəsinin rəisi vəzifəsində işləmiş Vəlixan Əliyevə bu gün hökm oxunub. Dələduzluqda ittiham edilən V.Əliyev 2 il azadlıqdan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, V.Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumudur.

Keçmiş nazir 2005-ci ilin oktyabrında həbs olunduqdan sonra onun bir sıra qohumları, o cümlədən qardaşı,  “Azpetrol” Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də həbs edilmişdi. Bəzi qohumları isə axtarışa verilmişdi.

Elə V.Əliyev də uzun müddət axtarışda olub və 2017-ci ildə həbs edilib.

F.Əliyev 2005-ci il oktyabrın 19-da elə rəhbərlik etdiyi nazirlikdəki xidməti otağında həbs olunmuşdu. O, əvvəlcə dövlət çevrilişinə cəhddə günahlandırılsa da, sonradan vəzifə cinayətlərində təqsirləndirilərək məhkəmə qarşısına çıxarıldı. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ona 10 il, qardaşı R.Əliyev isə9 il həbs cəzası verildi. Onlar 2013-cü ildə Prezidentin əfv sərəncamı ilə azadlığa buraxıldı.

Gülər

Gununsesi.info