Sabirabadda ağır yol qəzası

  • Müəllif: admin
  • 21 Oktyabr 2017 09:40

qeza_0235

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, rayonun Bulaqlı kəndi ərazisində “Qazel” markalı avtomobillə “KamAZ” markalı avtomobil toqquşub.

Nəticədə iki nəfər ağır xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Gununsesi.info