
Sabirabad rayonunda ev yanıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Əsgərbəyli kəndində baş verib.
Vətəndaşa məxsus ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 25 kv.m talvar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












