Sabirabadda avtomobil kanala aşıb, bir ailənin 4 üzvü xəsarət alıb
Hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb. Sumqayıt şəhər sakini Məhərrəmov Rafiq Qurban oğlunun idarə etdiyi BMW markalı, 01 BP 967 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən avtomobilə çırpılıb və yoldan çıxaraq kanala düşüb. Nəticədə, sürücü və avtomobildə olan sərnişinlər – Sumqayıt şəhər sakinləri, 43 yaşlı Məhərrəmova Pərvanə Qurban qızı, 18 yaşlı Məhərrəmli Elnarə Rafiq qızı, 43 yaşlı Məhərrəmova Hicran Şövkət qızı müxtəlif dərəcəli dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən arşdırma aparılır.