Sabirabadda partlayış: ər və arvad yandı

  • By admin
  • 02 Dekabr 2022 10:14

Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Abdul Abusəməd oğlu Babayev və onun həyat yoldaşı 1970-ciil təvəllüdlü Gültəkin Zəbulla qızı Babayeva üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info