
Sabirabad rayonunda silah-sursat aşkar olunması ilə bağlı xüsusi əməliyyat keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, rayonun Qaragüney kəndi ərazisində silah-sursatın olması barədə Sabirabad rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Qaragüney kəndi ərazisindən 1 ədəd nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng, 125 ədəd patron, 2 ədəd süngü bıçaq, 1 ədəd nömrəsi silinmiş fişəngatan tapança, 1 ədəd F1 markalı qumbara, 1 patron darağı və 1 ədəd binokl tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info