Şabranda ev yanıb

  • Müəllif: admin
  • 22 Yanvar 2017 13:16

fhn-yangin-sonduren

 

Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyü 30 m2 sahədə yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə ev sahibi tərəfindən və digər 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info