Sabunçuda narkotacir qadın saxlanıldı

  • By admin
  • 19 Mart 2021 13:42

Qəbələ sakini Bakıda narkotik maddə ilə saxlanıldı.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qəbələ rayon sakini N.Babayeva Sabunçu rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 5 qram heroin, kirayədə yaşadığı mənzildən isə 3 kiloqram 470 qram heroin, 500 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Gununsesi.info