Sabunçuda qanlı olay - BİR NƏFƏR BIÇAQLANDI

  • By admin
  • 08 Avqust 2017 08:50

bicaqladi

Sabunçu rayonunda orta yaşlı kişi evinin yaxınlığında bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə Sabunçu rayonu, Asif Əsədullayev küçəsində qeydə alınıb.
Paytaxt sakini 33 yaşlı Heybət Əliyev dediyinə görə tanımadığı şəxs tərəfindən yaşadıqları məhəllədə bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarəti alan yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs isə ərazidən uzaqlaşa bilib.
H.Əliyevi həkimlər əməliyyat ediblər. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Faktı Sabunçu rayonu polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları araşdırır.

Gununsesi.info